Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə yeni sədr müavinləri TƏYİN OLUNDU
AzTV-də rəhbər heyətdə kadr dəyişikliyi baş verib.
“TV1” xəbər verir ki, İlhamə Hüseynova və Tural Babayev sədr müavinləri təyin ediliblər.
Qeyd edək ki, İlhamə Hüseynova uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (QSC) Kadrlar Departamentinin rəisi vəzifəsində çalışıb.
Tural Babayev isə QSC-də Daxili Nəzarət və Audit Departamentinin rəhbəri olub.