Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq

media-ads_728_90

İyulun 4-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

“Hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz”, – deyə məlumatda bildirilib.

media-ads_728_90
Paylaş