Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub - Yaralılar var

media-ads_728_90

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

TƏBİB-dən verilən məlumata görə, Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün səhər saat 07:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 şəxs (qadın və kişi) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

 

media-ads_728_90
Paylaş