Bakıda 100 min binanın söküləcəyi iddialarına rəsmi AÇIQLAMA

media-ads_728_90

Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Mətbuatda “Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi”nə dair yanlış xəbərlər dərc edilib. Diqqətinizə çatdırım ki, Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, mətbuatda “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb.

media-ads_728_90
Paylaş