Bakıda "Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu" adlı panel baş tutub
“Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu”na həsr olunan panel müzakirələrində iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“TV1” xəbər verir ki, paneldə “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Qazaxıstanın “Sənin Gələcək” Respublika İctimai Birliyinin sədri Zhansaya İsmagulova, “Community Hub” İctimai Fondunun direktorları Asiya Tiryakova və Assiya Tikeyeva, “İkinci Respublika” İctimai Fondunun rəhbəri Ayan Turekulov, “Ortaq dəyərlər” Azərbaycanın İctimai Birliyinin sədri Aqil Camal, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova və Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin üzvü Hacıbəy Heydərli çıxış ediblər.
Çıxışçılar Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsinin regionda vətəndaş cəmiyyətinin inkişafına, sosial layihələrin daha effektiv icrasına və ictimai təşəbbüslərin koordinasiyasına mühüm töhfə verəcəyini bildiriblər. Qeyd olunub ki, gənclərin fəallığının artırılması, sosial innovasiyaların təşviqi, icmaların inkişafı və könüllülük fəaliyyətinin genişləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri sırasında yer almalıdır.








