Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin üçtərəfli görüşü keçiriləcək
Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.
Qeyd olunur ki, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən həmin ölkənin Baş nazirinin müavini Aleksey Overçuk, İran tərəfini isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.