Bakıda D-8 Gənclər Forumu keçiriləcək - Baş katib
Biz çox şadıq ki, Azərbaycan D-8 təşkilatına qoşulub. Təşkilata qoşulduğu vaxtdan bu günədək Azərbaycanla çoxlu qarşılıqlı fəaliyyətimiz olub, bir çox tədbirlər keçirmişik.
“TV1” xəbər verir ki, bu barədə D-8 təşkilatının Baş katibi İsiaka Abdulqadir deyib.
O qeyd edib ki, Azərbaycan D-8-ə daxil olduğu vaxtdan təşkilat üçün böyük işlər görüb. “Bir neçə gündən sonra Bakıda D-8 Gənclər Forumu da keçiriləcək. Biz öz fəaliyyətimizi dünyaya göstərməyə çalışırıq. Digər bir vacib nəticə jurnalistlərimizin və peşəkar media ekspertlərimizin bacarıqlarını artırmaq üçün necə əməkdaşlıq edə biləcəyimizi başa düşməkdir”, – deyə Baş katib vurğulayıb.








