Bakıda güclü külək davam edir - Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında hazırda güclü şimal-qərb küləyi əsir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a olan məlumatında qeyd edilib.

Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2,8 metrdir.

media-ads_728_90
Paylaş