Bakıda qol güləşi üzrə dünya çempionatına start verilib

media-ads_728_90

Bakıda qol güləşi üzrə dünya çempionatına start verilib.

“TV1” xəbər verir ki, ilk dəfədir Azərbaycanda keçirilən mundialın açılış mərasimində əvvəlcə yarışda iştirak edəcək ölkələrin paradı olub.

Açılışda Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Daha sonra qitə çempionatı açıq elan olunub.

Qeyd edək ki, dörd gün müxtəlif yaş kateqoriyalarında davam edəcək yarışlarda 30 ölkədən 400-dən çox idmançı mübarizə aparır.

media-ads_728_90
Paylaş