Bakıda tozlu hava müşahidə olunur

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

“TV1” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

media-ads_728_90
Paylaş