Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - XƏBƏRDARLIQ

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

media-ads_728_90
Paylaş