Bakıda yağıntının miqdarı 5 mm-dir - FAKTİKİ HAVA
Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır.
Yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənilir.








