Batmanda Ədalət və İnkişaf Partiyasının üzvü güllələnib
Türkiyənin Batman şəhərinin qəbiristanlığında silahlı insident yaşanıb, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rayon İdarə Heyətinin üzvü Mehmet Direk öldürülüb.
“TV1″ xəbər verir ki, Batmanın mərkəzindəki Güneykent məhəlləsində yerləşən Asri Qəbiristanlığında Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk odlu silahla vurulub.
Silah səslərinin eşidilməsindən sonra ətrafdakı vətəndaşlar vəziyyət barədə polisə məlumat veriblər.
Hadisə yerinə tibb və çox sayda polis qrupu göndərilib. Meyitlər Batman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir, qaçan şübhəlilərin tutulması üçün Batman Polis İdarəsinin qrupları genişmiqyaslı əməliyyata başlayıb.








