Beynəlxalq standartların Azərbaycanda tətbiqi ilə bağlı qaydalar təsdiqlənib

media-ads_728_90

Nazirlər Kabineti “Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nı təsdiqləyib.

“TV1” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq, regional, dövlətl

ərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi qaydalarını müəyyən edir.

Beynəlxalq standartların Azərbaycan Respublikasının ərazisində birbaşa tətbiqi ölkəmizin milli iqtisadiyyatının maraqları nəzərə alınmaqla onun milli standartlaşdırma qurumunun qərarı ilə dövlət standartı kimi qəbul edilməsi əsasında həyata keçirilir.

media-ads_728_90
Paylaş