Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Mayın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən ‘’TV1’’-ə verilən məlumata görə, bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır.
Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 millimetrədək qeydə alınır.
Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırdaölçülü dolu düşüb.








