Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Azərbaycanın bəzi bölgələrində mayın 12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

 

media-ads_728_90
Paylaş