Biləcəri yolunda yenilik - 100 manat cərimə...
Biləcəri qəsəbəsinin giriş hissəsində yerləşən mühüm yol qovşaqlarından biri hesab edilən Biləcəri dairəsinin müxtəlif istiqamətlərinə “Sarı tor” nişanlama xətləri çəkilib.
“TV1” xəbər verir ki, dairənin ətrafına “Sarı tor” nişanlama xətlərin çəkilməsinə yaxın həftələrdə başlanılıb.
Qeyd edək ki, ərazidə sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır. Nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir. Bu halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur.








