Bizi aldatmağa çalışmayın - Vens İrana xəbərdarlıq etdi
İranla danışıqlar üçün Pakistana səfər edən ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla müsbət danışıqların baş tutacağına ümidvar olduğunu bildirib.
“TV1” xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, bu, müsbət olacaq”, – deyə Vens bildirib.
“ABŞ-ın prezidenti dediyi kimi, əgər iranlılar səmimi şəkildə danışıqlara hazırdırlarsa, biz də əlbəttə ki, açıq əl uzatmağa hazırıq. Əgər onlar bizi aldatmağa çalışsalar, o zaman görəcəklər ki, danışıqlar qrupu buna o qədər də güzəştə gedən deyil”, – deyə o əlavə edib.








