Blokadanı pozan gəmilər ələ keçiriləcək - ABŞ Mərkəzi Komandanlığı

media-ads_728_90

Blokada ərazisinə daxil olan gəmilər saxlanıla və ələ keçirilə bilər.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTOM) bildirişində qeyd olunur.

Blokada zonası Oman körfəzi və Ərəb dənizi – Hörmüz boğazının şərqindəki dəniz ərazilərini ehtiva edir və hansı bayraq altında üzməsindən asılı olmayaraq bütün gəmilərə şamil olunur.

“İcazə olmadan blokadaya alınmış əraziyə daxil olan və ya oradan çıxan hər hansı gəmi saxlanıla, istiqaməti dəyişdirilə və ələ keçirilə bilər”, – deyə bildirişdə vurğulanır.

Məlumata görə, blokada Hörmüz boğazından İranla bağlı olmayan istiqamətlərə və ya həmin istiqamətlərdən həyata keçirilən neytral tranzit keçidinə mane olmayacaq.

media-ads_728_90
Paylaş