Bu, Ermənistana Xəzərə çıxış imkanı yaradacaq - Ararat Mirzoyan

media-ads_728_90

“Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında davamlı və diversifikasiya olunmuş əlaqələrin inkişafı regionun iqtisadi potensialını açmaq və uzunmüddətli rifahı təmin etmək üçün açar rol oynayır”.

“TV1” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin tarixi görüşü bölgədə kommunikasiyaların açılması üçün real fürsət yaradıb. Birgə bəyanat və TRIPP proqramının tam həyata keçirilməsi Cənubi Qafqazı səmərəli və təhlükəsiz tranzit və logistika mərkəzinə çevirə bilər”, – nazir qeyd edib.

Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında artıq sülhün bərqərar olduğunu xatırladıb:

“Bu baxımdan, Ermənistan və Türkiyə arasında infrastrukturun açılması da əsas komponentdir. Ermənistan və Türkiyə arasında Gümrü–Qars dəmir yolunun bərpası böyük sərmayə tələb etmir və qısa müddətdə istismara verilə bilər. Bu yol, Ermənistan və Azərbaycan dəmir yolu əlaqələri ilə birlikdə, Orta Dəhliz layihəsinin bir hissəsinə çevrilə bilər. Üstəlik, bu, Bəsrə körfəzi, Qara və Xəzər dənizləri arasında vahid dəmir yolu şəbəkəsi yaradacaq”.

media-ads_728_90
Paylaş