Bu gün basketbol üzrə Avropa çempionatında ilk yarımfinalçılar bəlli olacaq

media-ads_728_90

Bu gün kişi basketbolçular arasında Avropa çempionatında ilk yarımfinalçılar bəlli olacaq.

“TV1” xəbər verir ki, 1/4 final mərhələsində ilk olaraq meydana Türkiyə və Polşa milliləri çıxacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında isə Litva Yunanıstanla üz-üzə gələcək. Bu matç isə 22:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

media-ads_728_90
Paylaş