Ağdamda qazıntı zamanı insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
Ağdamın Qalayçılar kəndi ərazisində sümüklər tapılıb. “TV1” xəbər verir ki, sümüklər tapılan ərazidə hüquq-mühafizə orqanları tərəfindən araşdırma-ekspertiza işləri aparılır. Tapılan qalıqların insan sümükləri olma ehtimalı var.










