İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib - FOTO/VİDEO
Oktyabrın 9-da Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub. “TV1” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.










