CENTCOM: İrana yeni zərbələr seriyası başa çatıb

media-ads_728_90

Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasının endirilməsini başa çatdırıb.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Mərkəzi Komandanlıq ötən gün ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirmək cəhdinə cavab olaraq İrana güclü zərbələr dalğasını başa çatdırıb”, – deyə paylaşımda bildirilib.

CENTCOM-un məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla obyektini, o cümlədən hərbi komanda məntəqələrini, raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi yerləri, sahil müşahidə və müdafiə obyektlərini, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) vasitələrini vurub.

media-ads_728_90
Paylaş