Çin ABŞ və İranı eskalasiyanı dayandırmağa çağırıb

media-ads_728_90

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ və İranın qarşılıqlı raket zərbələrindən sonra Yaxın Şərqdə hərbi əməliyyatları dayandırmağa çağırıb.

“TV1” xəbər verir ki, “Al Jazeera”nin yaydığı məlumata görə, bu bəyanatla Çin XİN-in mətbuat katibi Lin Tszyan çıxış edib.

“Çin aidiyyəti tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, dialoq və danışıqlara qayıtmağa, vasitəçilik səylərinə cavab verməyə və ən qısa zamanda hərtərəfli və davamlı atəşkəsə nail olmağa qətiyyətlə çağırır”, – deyə o, Pekində keçirilən mətbuat konfransında bildirib.

media-ads_728_90
Paylaş