Çin doqquz peyki orbitə çıxarıb

media-ads_728_90

Çin Gravity-1 (“Yinli-1”) daşıyıcı raketi vasitəsilə Yerin məsafədən zondlanması üçün nəzərdə tutulmuş doqquz peyki uğurla orbitə çıxarıb.

“TV1” xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.

Məlumata görə, iyulun 22-də yerli vaxtla saat 10:54-də (Bakı vaxtı ilə 06:54) Şanxay sahilləri yaxınlığındakı akvatoriyada yerləşən dəniz platformasından Gravity-1 daşıyıcı raketi uğurla buraxılıb. Raket doqquz peyki nəzərdə tutulan orbitlərə çıxarıb. Bildirilir ki, orbitə çıxarılan aparatlar Dongpo, Xiguang və Tianyi seriyalarına aiddir və Yerin məsafədən zondlanması məqsədilə istifadə olunur. Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri hazırlayır, həmçinin Ayın tədqiqi üçün texnologiyalar üzərində işləyir. Dövlətin dəstəyi ilə çinli mütəxəssislər asteroidlər və Marsın öyrənilməsi üzrə layihələr həyata keçirirlər. Hazırda orbitdə beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulmuş Çin kosmik stansiyası fəaliyyət göstərir.

media-ads_728_90
Paylaş