Fransanın cənubunda meşə yanğını 2 500 hektar ərazini əhatə edib

media-ads_728_90

Fransanın cənubundakı Var departamentində baş verən yeni meşə yanğını 2 500 hektar əraziyə yayılıb. Yerli hakimiyyət orqanları təxminən 400 sakini təxliyə etmək məcburiyyətində qalıb.

“TV1” xəbər verir ki, yanğın iyulun 22-də günorta saatlarında Kotinyak kəndi yaxınlığındakı dağlıq ərazidə başlayıb.

Alov qısa müddətdə yüzlərlə hektar sahəyə yayılıb. Bir neçə yaşayış məntəqəsi üçün təhlükə yaranıb.

Ətraf kəndlərdən 400 nəfər təxliyə olunub. 2 300 ev təsərrüfatı elektrik enerjisiz qalıb. Bir neçə ev tamamilə yanıb. Yanğının söndürülməsinə Var departamentində 1 200 yanğınsöndürən və xilasedici cəlb edilib.

Həmçinin, dörd yanğınsöndürən təyyarə və bir helikopter havaya qaldırılıb.

media-ads_728_90
Paylaş