Çindən ABŞ-a SƏRT TƏPKİ: Qətiyyətli tədbirlər görüləcək

media-ads_728_90

“ABŞ-ın İran limanlarını blokadaya alması yalnız gərginliyi artıracaq”.

“TV1” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bildirib.

O qeyd edib ki, bu addım onsuz da kövrək olan atəşkəs razılaşmasını zəiflədəcək və boğazdan keçidin təhlükəsizliyini daha da təhlükə altına alacaq:

“Bu, təhlükəli və məsuliyyətsiz davranışdır”.

XİN rəsmisi, həmçinin Amerika mətbuatında Çinin İrana hərbi texnika çatdırdığı və ya çatdırmağa hazırlaşdığı barədə yayılan xəbərlərə sərt reaksiya verib:

“Bu, tamamilə uydurmadır. ABŞ bu bəhanədən istifadə edərək, əlavə tariflər tətbiq etməyə davam edərsə, Çin qətiyyətli əks tədbirlər görəcək”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp bazar günü Çin mallarına 50% tarif tətbiq etməklə bağlı xəbərdarlıq edib.

media-ads_728_90
Paylaş