COP30-un Prezidenti: Məqsədimiz real nəticələrin əldə olunmasına doğru irəliləməkdir
Tədbir iştirakçılarına videomüraciətim üçün Rio-de-Janeyrodakı Təhsil Nazirliyinin binasını seçmişəm. Bu bina 1936-cı ildə inşa edilmiş dünyanın ilk modernist göydələni hesab olunur. Bununla da, sizinlə birlikdə ola bilməməyimdən yaranan memarlıq baxımından məyusluğumu bir qədər kompensasiya etməyə çalışıram. Bu, çox vacib bir fürsətdir və eyni zamanda, hamımızın bu mövzu ətrafında bir araya gəlməsi üçün əhəmiyyətli bir imkandır. Məqsədimiz United Nations Environment Programme, COP29 və COP30-un əl-ələ verərək real nəticələrin əldə olunmasına doğru irəliləməsini təmin etməkdir.
“TV1” xəbər verir ki, bunu COP30-un Prezidenti Andre Korrea do Lago Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin iştirakçılarına videomüraciət zamanı deyib.
O, COP30-un artıq çox mühüm bir addım olduğunu deyib və qeyd edib ki, bunun sayəsində biz, həqiqətən də, icra və həyata keçirmə mərhələsinə daxil oluruq: “Buna görə də, bir araya gəldiyinizə, həqiqətən, nələr etməli olduğumuzu müzakirə etdiyinizə görə sizə səmimi təşəkkür edirəm. Ümid edirəm ki, mübarizəmizi birlikdə davam etdirmək üçün yaxın zamanda dünyanın hansısa bir yerində yenidən görüşəcəyik”.








