Cüdoçumuz Avropa çempionatında qızıl medal qazanıb

media-ads_728_90

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

TV1 xəbər verir ki, o, finalda polşa təmsilçisi Yakub Sordili məğlub edərək qızıl medala sahib çıxıb.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

media-ads_728_90
Paylaş