Dağıstanda 117 yaşayış evi hələ də su altındadır
Dağıstanın dörd yaşayış məntəqəsində 120-yə yaxın ev su altında qalmaqda davam edir.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Dağıstan Respublikasında dörd yaşayış məntəqəsində 117 yaşayış evi, 122 həyətyanı sahə və 6 avtomobil yolu sahəsi hələ də su altındadır. İki bələdiyyədə enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir. 537 nəfər, o cümlədən 159 uşaq 15 müvəqqəti yerləşdirmə məntəqəsindədir”, – məlumatda qeyd olunub.
Məlumata görə, Şimali Qafqazda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 2 mindən çox mütəxəssis və 680 vahid texnika, eləcə də Rusiya FHN-in aviasiyası cəlb olunub.








