Dağıstanda güclü yağışlar - Mahaçqalada fövqəladə vəziyyət elan edildi

media-ads_728_90

Dağıstanda güclü yağışlar nəticəsində daşqın baş verib, onlarla ev su altında qalıb.

“TV1” xəbər verir ki, respublikanın bir sıra rayonlarında vəziyyət kritikdir, elektrik və su təchizatında kəsintilər yaranıb.

Mahaçqalada fövqəladə vəziyyət rejimi elan olunub.

Məlumata görə, bəzi ərazilərdə evlər tam su altında qalıb, sakinlərin təxliyəsi həyata keçirilir.

media-ads_728_90
Paylaş