Danışıqlar Tehranın günahı üzündən baş tutmadı - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran danışıqları aparanları arasında 19 iyuna planlaşdırılan görüş Vaşinqtonun deyil, Tehranın günahı üzündən baş tutmayıb.
“TV1” xəbər verir ki, bu barədə D.Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Ümidsizlik içində görüşü tərk edən biz deyildik, İran idi. Onlar uduzdular”, – deyə D.Tramp qeyd edib.
O həmçinin, ABŞ-İran danışıqlar prosesinin 60 gün davam edəcəyi barədə razılığa əməl etməyə hazır olduğunu da bildirib.
“Biz 60 günlük razılaşmaya əməl edəcəyik. İran bizdən heç bir pul, hətta bir sent belə almayacaq”, – deyə D.Tramp əlavə edib.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında iyunun 19-da Bürgenştokda görüş keçirilməsi gözlənilirdi. Əvvəlcə mübahisəli məsələlərin həlli ilə bağlı memorandum imzalanacağı gözlənilirdi. ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, İran nümayəndə heyətinə isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edirdi. Daha sonra tərəflər memorandumu iyunun 18-də onlayn imzaladıqlarını, ertəsi gün isə İsveçrədə kağız üzərində imzalanacağını açıqlayıblar.








