DÇ-2026: Azərbaycan yığması qrup mərhələsində bu gün ilk oyununa çıxacaq
Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
“TV1” xəbər verir ki, komanda D qrupunun matçında İslandiya ilə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Qarşılaşmanı Niderlandan olan FIFA referisi Sander van der Eyk idarə edəcək.
DÇ-2026, seçmə mərhələ
D qrupu
I tur
5 sentyabr
22:45. İslandiya – Azərbaycan
Baş hakim: Sander van der Eyk (Niderland).
Reykyavik, “Lauqardalsvöllur” stadionu.
Qeyd edək ki, Azərbaycanın qrupdakı digər rəqibləri, Ukrayna və Fransa yığmaları da bu gün, Bakı vaxtı ilə saat 22:45-də üz-üzə gələcəklər.