Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək

media-ads_728_90

Sabahdan etibarən qatarlarda elektron siqaret çəkmək qadağan olunur.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, “Tütün və tütün məmulatları haqqında” Qanunla aprelin 1-dən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

media-ads_728_90
Paylaş