"Dərnəgül" dayanacağının tikintisi başa çatır - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək “Dərnəgül” dayanacağında tikinti işləri başa çatmaq üzrədir.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.
Qeyd olunur ki, bütün işlər yekunlaşdıqdan sonra dayanacaq sərnişinlərin istifadəsinə veriləcək.
Dərnəgül ərazisində yaşayanlar rahat şəkildə sürətli elektrik qatarlarından istifadə edərək Bakı Dəmir Yolu vağzalına və Xırdalana səfər edə biləcəklər.
Qeyd edək ki, Dərnəgül dayanacağının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dayanacaqda 4 platforma, 2 turniket binası və 1 piyada üst keçidi inşa edilib.








