Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istifadəyə verilib - VİDEO
Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.
“TV1” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, sözügedən marşrut üzrə Zəfər Yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.
Beləliklə, hərəkət iştirakçıları öz seçimlərindən asılı olaraq həm ödənişli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolundan, həm də ödənişsiz alternativ marşrut olan Zəfər Yolundan istifadə edə bilərlər.








