Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət ediblər
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.