Almaniyanın ən böyük şirkətlərinin gəlirləri aşağı düşüb

media-ads_728_90

Almaniyanın ən böyük şirkətlərinin gəlirləri aşağı düşüb.

“TV1” xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

2025-ci ildə şirkətlərin DAX (alm.Deutscher Aktienindex – red.- Almaniyanın ən əhəmiyyətli fond indeksi) indeksindən mənfəəti 4%, gəliri isə 0,6% azalıb. Gəlirlərin azalmasının üç ildir arıdıcıl olaraq davam etdiyi bildirilir.

Açıqlanan məlumatlara görə, şirkətlər il ərzində təxminən 32.000 iş yerini ixtisar ediblər.

Ən çox avtomobil istehsalçılarının vəziyyəti pisləşib. BMW, Mercedes və Volkswagen-in mənfəəti əvvəlki illə müqayisədə 31% azalıb.

Mütəxəssislər qeyd edirlər ki, Almaniya sənayesi əsas bazarlarda, xüsusən də rəqabətin gücləndiyi və satışın aşağı düşdüyü Çində mövqelərini itirir. Asiyada şirkətlərin gəliri 9%, Şimali Amerikada 4% azalıb, artım isə yalnız Avropada davam edib.

Analitiklər azalmanın bir neçə səbəbini qeyd edirlər – zəif qlobal tələb, ticarət münaqişələri və tarifləri, eləcə də Yaxın Şərqdəki böhran səbəbindən yüksək enerji qiymətləri və tədarükdə fasilələr.

Deutsche Bahn Dəmir Yolu Konserni itkilərlə üzləşdiyini açıqlayıb və uzunmüddətli böhran barədə xəbərdarlıq edib. Konsern 2025-ci ili 2,3 milyard avro itki ilə başa vurub. Bu, əvvəlki illə müqayisədə təxminən 500 milyon çoxdur. Şirkətlərin rəsmiləri etiraf edirlər ki, pisləşən dəmir yolu infrastrukturu qatarların gecikməsinə və gəlirin azalmasına səbəb olmaqda davam edir. Şəbəkənin modernləşdirilməsi proqramı 2036-cı ilə qədər davam edəcək. İndi də qatarların punktuallığı aşağı olaraq qalır: 2025-ci ildə ICE reyslərinin yalnız 60%-i vaxtında gəlib.

Konsernin qiymətləndirməsinə görə, infrastruktur problemləri biznesə təzyiq etməkdə davam edir.

media-ads_728_90
Paylaş