İraqın Ənbar vilayətində hospitala aviazərbələr endirilib - 7 hərbçi ölüb, 13-ü yaralanıb

media-ads_728_90

İraq Müdafiə Nazirliyi Ənbar vilayətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi nəticəsində 7 hərbçinin öldüyünü bildirib.

“TV1” xəbər verir ki, bu barədə “Associated Press” İraq Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində həmçinin 13 hərbçi yaralanıb.

Nazirlik zərbə barədə əlavə təfərrüatlar təqdim etməyib.

Həmçinin aviazərbənin kim tərəfindən endirildiyi qeyd edilmir.

media-ads_728_90
Paylaş