Ərdoğan Laçında "Azərbaycan" şeirini dedi - VİDEO 

media-ads_728_90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

“TV1” xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında deyib:

“Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!”.

Türkiyə liderinin “Azərbaycan” şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!”

media-ads_728_90
Paylaş