Ermənistan-Azərbaycan sülh nizamlanması Rusiya ilə münasibətlərə də müsbət təsir göstərib - Paşinyan

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin İrəvan üçün vacib olduğunu bəyan edib.

“TV1” xəbər verir ki, o bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

“Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir”, – deyə N.Paşinyan vurğulayıb.

O, həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu bildirib.

“Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir”, – deyə N.Paşinyan qeyd edib.

media-ads_728_90
Paylaş