Ermənistan KTMT-dən xaric edilə bilər

media-ads_728_90

Üzvlük haqlarına görə yaranan borc səbəbindən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) xaric edilməsi imkanı nəzərdən keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin iclasının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

 

“Ermənistanlı həmkarım Ararat Mirzoyan KTMT ilə bağlı sualı cavablandırarkən deyib ki, üzvlük haqlarını ödəmirlər, çünki sadəcə orada iştirak etmirlər. Bu gün bu məsələni müzakirə etdik. Artıq iki ildən çoxdur ki, Ermənistanın KTMT büdcəsinə borcu var – bu, KTMT-nin Nizamnaməsində nəzərdə tutulmuş bir vəziyyətdir. Biz bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsini nəzərdən keçirmək barədə razılığa gəldik”, – deyə diplomat söyləyib.

 

Qeyd edək ki, KTMT-nin Nizamnaməsinə əsasən, əgər üzv dövlət təşkilatın büdcəsinə borcunu iki il ərzində ödəmirsə, Kollektiv Təhlükəsizlik Şurası onun kvota vəzifələrinə namizəd irəli sürmək hüququnu dayandırır və borcun tam ödənilməsinə qədər səs hüququndan məhrum edir. Sistemli pozuntuya görə ölkə təşkilatdan xaric edilə və ya onun şuranın fəaliyyətində iştirakı məhdudlaşdırıla bilər. Bu qərar onun səsi nəzərə alınmadan qəbul edilir.

media-ads_728_90
Paylaş