Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb

media-ads_728_90

Ermənistan ABŞ ilə “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə Çərçivə sazişi imzalayıb, sənəd ratifikasiyaya hazırdır.

“TV1” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

“Mən ABŞ və Ermənistan arasında TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” – red.) layihəsi üzrə Çərçivə sazişini imzaladım”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi Marko Rubio bu sənədi mayın 26-da paraflayıblar.

M.Rubio bu sənədi iyunun 3-də imzalayıb.

media-ads_728_90
Paylaş