Ermənistanda keçirilən parlament seçkilərinin NƏTİCƏLƏRİ

media-ads_728_90

Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“TV1” xəbər verir ki, məlumata görə, 2005 məntəqədən 110-nun nəticələri bəlli olub.

Nəticədə Paşinyanın Mülki Müqavilə Partiyası 57,14%-ni, Samvel Karapetyanın Güclü Ermənistan Partiyası 21,43%-ni, Hayastan Bloku səslərin 8,21%-ni, Çiçəklənən Ermənistan isə 5,1%-ni toplayıb. Digər partiyaların hər biri 3%-dən aşağı səs toplayıb.

Ermənistan qanunvericiliyinə görə, parlamentə düşmək üçün partiyalar 4%-lik, siyasi ittifaqlar 6%, bloklar isə 10%-lik səs bariyerini keçməlidirlər.

Xatırladaq ki, N.Paşinyan Azərbaycan və Türkiyəyə çağırış edib. Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra N.Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib. O bildirib ki, Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır: “Ermənistan xalqı sülh, regional rifah və əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”.

media-ads_728_90
Paylaş