Ermənistanda seçkiöncəsi gərginlik: "Ya sən seçkilərə gəlirsən, ya da ki azərbaycanlılar gəlir"/VİDEO

media-ads_728_90

Son günlərdə Ermənistanda cərəyan edən hadisələr göstərir ki, ölkədə seçkiöncəsi siyasi mənzərə  mürəkkəbdir. Müxalifətin planları, hakim komandanın addımları, kilsənin açıq qarşıdurmaya getməsi göstərir ki, 7 iyun Ermənistanda gərgin keçəcək.

“TV1” xəbər verir ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Samvel Karapetyanın sosial hesabında çarx yayımlanıb.

“Ya sən seçkilərə gəlirsən, ya da ki Azərbaycanlılar gəlir” devizi ilə yayımlanan çarx daha çox seçiciləri təvşişə salmağa hesablanıb. Rəylərdə: “Azərbaycanlılar səndən daha yaxşıdır” cümlələri də yer alıb.

Qeyd edək ki, Ermənistanda 2026-cı il iyunun 7-də parlament seçkiləri keçiriləcək. Seçkilərdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Robert Köçəryan, Qaqik Tsarukyan, Samvel Karapetyan iştirak edirlər.

media-ads_728_90
Paylaş