Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

media-ads_728_90

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə əlaqədar ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov ilə görüşüb.

“TV1” xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.

media-ads_728_90
Paylaş