"Euronews"un Bakı ofisinin açılışında iştirak etmək böyük şərəf və qürurdur - Pedro Vargas David

media-ads_728_90

“Euronews”un Bakıda ofisinin açılması Azərbaycanla əməkdaşlıq sayəsində mümkün olub.

“TV1” xəbər verir ki, bunu “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David Bakıda rəhbərlik etdiyi telekanalın ofisinin açılış mərasimində deyib.

“Mənim üçün bu gün “Euronews”un Bakı ofisinin açılışında iştirak etmək böyük şərəf və qürurdur. “Euronews” – 20 dildə yayımlanan aparıcı Avropa xəbər kanalıdır. Bizim burada mövcudluğumuz məhz Azərbaycanla birgə apardığımız işin nəticəsində mümkün olub”, – telekanalın rəhbəri bildirib.

Pedro Vargas David “Euronews”un müstəqil və neytral media kimi unikal rolunu qeyd edib: “Biz faktlara əsaslanırıq, balansı qoruyuruq və həqiqəti göstərməyə çalışırıq. Mediada getdikcə daha çox tərəf tutulduğu və ictimai debatların qütbləşdiyi dünyada neytrallıq keyfiyyətli jurnalistikanın açarıdır”.

O əlavə edib ki, kanal hər zaman sülhün səsi olmağa çalışıb: “Çoxları münaqişələri alovlandırmağa üstünlük verdiyi zaman biz dialoqu dəstəkləyir və sülh təşəbbüslərini işıqlandırırdıq – o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşlərini və bəyanatlarını”.

Azərbaycanın – səfərlər, tərəfdaşlıq və investisiyalar ölkəsi olduğunu vurğulayan Pedro Vargas David, bununla bağlı böyük imkanlar təqdim etdiyini dedi.

 Müxbir Leyla Şirinova

 

 

media-ads_728_90
Paylaş