Filippində güclü zəlzələ olub - 12 nəfər ölüb

media-ads_728_90

Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.

“TV1” xəbər verir ki, “Associated Press“in Filippin rəsmilərinə istinadən yaydığı məlumata görə, güclü zəlzələ nəticəsində 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb.

Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.

media-ads_728_90
Paylaş