Formula-1 daha neçə il Bakıda keçiriləcək?
Formula-1 üzrə Azərbaycan Qran-prisi gələn il də Bakıda keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə axar.az-a Bakı Şəhər Halqasının mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Formula-1 üzrə Azərbaycan Qran-prisinin müddəti 2023-cü ildə daha 3 illik (2026-cı ilə qədər) uzadılıb.
Müqavilənin gələn il uzadılıb-uzadılmayacağı haqda məlumat verilməyib.
Xatırladaq ki, bu il yarışlar 19-21 sentyabrda keçiriləcək. Bu məqsədlə Bakıda yarışın keçiriləcəyi küçələrdə hərəkət məhdudiyyətlərinin tətbiqinə bugündən başlanılıb.